“İlk rəsmi oyunumda qol vurduğum üçün çox xoşbəxtəm”
“Neftçi”nin müdafiəçisi Mamadu Mbodj klubun rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda “Qarabağ”a qol vuran seneqallı futbolçu 70-ci dəqiqədən sonra azlıqda qaldıqlarına görə heç-heçəni qənaətbəxş nəticə hesab etdiyini bildirib:
“Neftçi”nin heyətindəki ilk rəsmi oyunumda qol vurduğum üçün çox xoşbəxtəm. Amma əsas odur ki, komandama faydalı olum, mübarizə aparıb, uğurlu nəticə qazandırım. Bu gün meydana qalib gəlmək üçün çıxmışdıq. Amma səfər oyununda azlıqda qalmağımızı nəzərə alsaq, heç-heçəni qənaətbəxş nəticə hesab etmək olar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin