“İlk qol oyunun gedişatını dəyişdi, ondan sonra başımızı aşağı saldıq” – Onana

“Mançester Yunayted”in qapıçısı Andre Onana Premyer Liqanın 10-cu turunda “Mançester Siti”yə məğlubiyyəti (0:3) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, kamerunlu qolkiper hər oyuna hazır olmağa çalışdıqlarını bildirib:

“Biz hər oyuna hazır olmağa çalışırıq, lakin penaltilər kimi bir neçə əsas məqam var idi. Qərar vermək mənə aid deyil. İlk qol oyunun gedişatını dəyişdi, ondan sonra başımızı aşağı saldıq”.

“Qırmızı şeytanlar” hazırda 15 xalla Premyer Liqada turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci turda “Mançester Yunayted” “Fulhem”lə qarşılaşacaq. Oyun noyabrın 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button