
İlk pley-off oyunu FİFA referisinə tapşırıldı
“Şəfa” və “Hypers” komandaları arasında keçiriləcək futbol üzrə 2-ci Liqaya vəsiqə uğrunda ilk pley-off oyununun təyinatları məlum olub.
Komanda.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, matçı FİFA referisi Kamal Umudlu idarə edəcək.
29 may
17:00. Şəfa – Hypers
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“ASCO Arena”
Tərəflər arasında cavab görüşü iyunun 5-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin