“İlk oyunda “Zirə”nin şansı az idi” – “Osiyek”in baş məşqçisi

“Osiyek”in baş məşqçisi Federiko Koppitelli Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Zirə” ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, oyundan əvvəl bunları söyləyib:

“İlk oyunda “Zirə”nin şansı az idi. Bu da bizim müdafiə xəttimizin daha yaxşı işləməsi ilə bağlı idi.

Meydançadan asılı olmayaraq, istənilən stadiona uyğunlaşmalıyıq. Tam incələməmişik, ancaq uyğunlaşmağa çalışırıq. Təbii ki, ot örtüyü bizimkindən fərqlidir”.

Xorvatiyadakı ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button