“İlk oyun kabus idi” – “Partizan”ın baş məşqçisi
“Partizan”ın baş məşqçisi İqor Dulyay Serbiyada “Sabah”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, Dulyay “Sabah”ın çempionatdakı oyununun təxirə salındığını xatırladıb:
“Biz bunu etmədik, görüşlərə belə hazırlaşırıq. Bu bəhanə də deyil. İlk oyun kabus idi. Amma bütün məsuliyyət mənim üzərimdədir. Futbolçularım haqqında heç vaxt məndən pis söz eşitməyəcəksiz. Onlara inanıram. Sabah azarkeşlərin dəstəyi olduqca vacibdir. Geridönüş edəcəyimizə ümid edirik. Komanda üzərində təzyiq var və 0:2 hesabından sonra əlavə təzyiqə ehtiyac belə yoxdur. Rəqibin qapalı oynayacağını düşünmürəm. “Sabah”ın əla baş məşqçisi və yaxşı oyunçuları var, bizi də yaxşı təhlil etmişdilər.
Qorxduğumuz üçün yox, arxayınlaşmamaq üçün ehtiyatlı olmalıyıq. Futbolçularımız necə böyük klubda oynadıqlarını bilirlər”.
Avqustun 17-də keçiriləcək oyun saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda “Sabah” 2:0 hesabı ilə qələbə qazanıb.
Bizi Facebook-da izləyin