İlk olaraq “Səbail” başladı – FOTO
Azərbaycanı bu mövsümdə Avropa Liqasında təmsil edəcək komandalardan ilk olaraq “Səbail” hazırlığa başlayıb.
Komanda.az xəbər verir ki, komannda baş məşqçi Aftandil Hacıyevin rəhbərliyi altında bu gün “Bayıl Arena”dakı bazasında bir araya gəlib.
İlk məşqdə yeni transferlər – qapıçı Kamal Bayramovla müdafiəçi Ürfan Abbasov da iştirak edib. Hazırlıqda yalnız yerli futbolçular olub ki, onlardan müdafiəçi Şəhriyar Rəhimovla hücumçu Ağabala Ramazanov millidə olduqlarından kənarda qalıblar.
Paytaxt təmsilçisi iyunun 18-dək Bakıda hazırlıq keçəcək. Həmin gün isə “Səbail” Bolqarıstanın Bansko şəhərinə təlim-məşq toplanışına yollanacaq.
Yeri gəlmişkən, “Səbail”in məşqçi və inzibati heyəti bu gündən etibarən İlkin Tibbi Yardım (İTY) kurslarında iştirak edir. “Səbail”in maliyyə xərclərini qarşıladığı seminar başa çatdıqdan sonra kurs iştirakçıları imtahan verib sertifikata sahib olacaqlar. “Səbail” Futbol Klubunun bu gündən qüvvəyə minən qaydalarına əsasən klubda çalışan bütün yaşlar üzrə məşqçilər İTY sertifikatına sahib olmalıdılar.
Bizi Facebook-da izləyin