“Bu, bizim üçün vacib idi” – Bekker
“Liverpul”un və Braziliya millisinin qapıçısı Alisson Bekker açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd klubu ilə Çempionlar Liqasını, Braziliya millisi ilə Amerika kubokunu qazanan 26 yaşlı qapıçı, növbəti mövsümdə daha çox titul qazanmaq istədiyini deyib:
“Mövsüm ərzində iki titul qazanmaq mənim üçün möhtəşəm oldu. Millinin oyunlarından sonra istirahət etdim. Artıq yenidən oynamağı və işə başlamağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yeni mövsümdə daha çoxunu qazanmağı bacaracam. Komanda olaraq həyəcanlıyıq. Yeni mövsümdə bütün titullar üçün mübarizə aparmaq istəyirik, bunun üçün də çalışmalıyıq. İlk məqsədim klub üçün uğur qazanmaqdır. Yalnız bundan sonra fərdi uğurlar gəlir.
Amerika kubokunu qazanmaq Çempionlar Liqasında qalib gəlmək kimi vacib idi. Uzun müddətdir Braziliya millisi ilə uğur əldə etmirdik, buna görə də, bu, bizim üçün vacib idi”.
Bizi Facebook-da izləyin