“İlk hissədəki oyunumuz bizə ümid verir” – Visente Qomes
“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
- İlk hissə nəzarətimiz altında keçdi. Çoxlu qol imkanı yaratdıq, lakin qola çevirə bilmədik. İkinci hissə bərabər səviyyədə keçdi. Buraxmayacağımız bir qolu qapımızda gördük. Bu oyunda uşaqlar buraxılan qola yaxşı reaksiya verdi və hesabı bərabərləşdirə bildik.
- Çempionat sona yaxınlaşır. Nə üçün qol imkanlarınızdan yararlana bilmirsiz?
- Bu suala cavab vermək çətindir. Bizim düşdüyümüz bu “qara zolaq”da çoxlu səhvlər edirik. İstədiyimiz yerdə deyilik. Çalışırıq ki, bu vəziyyətdən çıxaq. İlk hissədəki oyunumuz bizə ümid verir. Bu oyunu davam etdirsək, “qara zolaq”dan çıxa biləcəyimizə inanıram.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin