“İlk hissədəki oyunumuzdan narazı qaldım” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:
“Öncə futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun oldu. Bizi çox yaxşı kollektiv qarşıladı. Elmarın komandasına uğurlar arzulayıram. Futbolçularıma göstərdikləri oyuna görə təşəkkür etmək istəyirəm. Eyni zamanda azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, bizi heç bir oyunda tək qoymadılar. Daha çox işləməliyik, daha diqqətli olmalıyıq. Belə, ümumi narazı qaldım. Xüsusilə futbolçularımın ilk hissədəki oyunundan narazı qaldım.
Yeni il münasibəti ilə hər kəsi təbrik edirəm. Hər kəsə uğurlar arzu edirəm. Bu il çox yaxşı keçdi. Bu il bütün xalqımız böyük bir futbol yaşadı. “Bayer”lə oyunda çox şanslarımız oldu. Məğlub olduq, ancaq buna baxmayaraq, azarkeşlərimiz üçün böyük futbol ab-havası yaşandı.
Qış fasiləsindən sonrakı hazırlıq bəllidir. Sabah təqdim olunacaq. Bakıda qalacağıq”.
Nəzrin
Bizi Facebook-da izləyin