“İlk hissədə işi bitirməli idik” – Sarri
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Ayntraxt”la 1:1 hesablı bərabərliyə razılaşaraq, rəqibi penaltilər seriyasında məğlub edən “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, ikinci hissədə futbolçuların yorğun olduğunu deyib:
“İlk hissəni çox yaxşı oynadığımızı düşünürəm, amma ikinci hissədə başımız dərdə girdi. Həyəcanlandıq və 10 dəqiqə içərisində qapımızdan qol buraxdıq. İlk hissədə işi bitirməli idik. Oyunun son dəqiqələrində daha yaxşı oynadıq, amma çox yorğun idik. Bu yorğunluq bacarıqsızlıq yaratdı. Oyun ərzində iki zədə yaşamaq asan deyildi, amma bunlara baxmayaraq, artıq final matçındayıq”.
Penaltilər seriyası haqqında danışan 60 yaşlı mütəxəssis, bunları deyib:
“Penaltilər seriyasına hazırlaşmaq olmaz. Məşq ərzində möhtəşəm bir zərbə endirə bilərsiz, amma təzyiq altında olanda hər şey dəyişər. Belə anlarda güclü xarakterə ehtiyacınız olur. Bunun üçün futbolçularımı təbrik edirəm”.
Bizi Facebook-da izləyin