
Flik: “Fasilədə oyunçulara dedim ki…”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ” Ovyedo” üzərində 3:1 hesablı qələbəni şərh edib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, rəqibin yaxşı müdafiə olunduğunu söyləyib:
“İlk hissədə çoxlu şanslarımız oldu. Fasilədə oyunçulara dedim ki, biz mübarizəni və hücumu davam etdirməliyik. Rəqib yaxşı müdafiə olunduğu üçün bu, asan deyildi. Blokla qarşılaşdığımız zaman hücumlarımızın işləməsi çox vacibdir”.
Kataloniya klubu ilk hissədə bir qol buraxıb, lakin fasilədən sonra Erik Qarsiya, Robert Levandovski və Ronald Arauxonun qolları sayəsində üç xalı təmin edə bilib. Komanda 6 oyundan sonra 16 xalla La Liqa turnir cədvəlində ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



