![](https://komanda.az/wp-content/uploads/2025/02/24137747-8b39-4d74-8c46-d2e4c4c6aa29-780x470.jpeg)
“İlk hissədə çəkingən, ikinci yarıda yaxşı oynadıq” – Berezutski
“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə şərh edib:
“Əlbəttə, uzun müddətdən sonra qalib gəlmək çox məmnunedici hissdir. Xüsusilə, iki qol vurub qalib gəlmək çox xoşdur. Bu gün oyunçularla sakitləşdirici danışıq oldu. Müdafiə xəttimizlə bağlı danışdıq və səhvlərimizi düzəltməli olduğumuzu dedik. Birinci hissədə çəkingən, ikinci hissədə daha yaxşı oynadıq. Həmçinin, komandada bəzən zədəlillər də olur və dəyişikliklər etməli oluruq. Gələn oyunda bütün oyunçularımızı sırada görməyə ümid edirik”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin