Emeri: “Nəticədən məyus oldum”
“Aston Villa”nın baş məşqçisi Unay Emeri Premyer Liqanın 17-ci turunun “Liverpul”la matçı (1:3) barədə danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, məyusluğunu dilə gətirib:
“Biz çox səy göstərdik. 90 dəqiqə ərzində bizim üçün çoxlu qol şansı oldu. Real şanslarımız var idi. Onları reallaşdırsaydıq, bəlkə də, matç fərqli nəticə ilə bitə bilərdi. İlk hissə çətin keçdi. İmkanlarımızı dəyərləndirə bilmədik. Rəqib isə iki qol vurdu. Mən nikbin ola bilərəm, amma nəticədən məyus oldum”.
“Liverpul” İngiltərə Premyer Liqasında 25 xalla 6-cı yerdədir. 18 xalı olan “Aston Villa” 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin