“İlk gündən çempionluğa can atırıq”

“İlk gündən çempionluğa can atırıq”.

Komanda.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Qeylin Smit klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Oyunçu Azərbaycan Basketbol Liqasının 13-cü turunda “Neftçi”yə qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:

“Qarşılaşmaya hazırlıq yüksək səviyyədə gedir. Qələbəyə acıq. Həm çempionatda, həm də kubokda qalib gəlmək əla idi. Biz belə davam edə biləcəyimizi hiss edirik. Sadəcə, uzunmüddətli məqsədimizə diqqət yetirməliyik. Hədəf isə çempionluqdur”.

Qeylin Smit yanvarda komandaya qoşulan təcrübəli basketbolçular sayəsində daha güclü olduqlarını deyib:

“Onlar tez uyğunlaşdılar, amma hələlik ən yaxşı oyunumuzu göstərməmişik. Çempionatın bu mərhələsində oyundan-oyuna irəliləyirik. Liqanın startı çətin keçdi, amma əminəm ki, yüksək notla bitirəcəyik. Məncə, keçən illə müqayisədə liqa daha rəqabətlidir. Komandalar daha güclü olublar”.

Fevralın 1-də baş tutacaq NTD – “Neftçi” görüşü saat 12:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button