“Bu, dünyanın ən vacib oyunudur” – “Real”ın futbolçusu
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni İspaniya çempionatının 9-cu turunda “Barselona” ilə keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk “el klasiko”sunu dünyanın ən vacib oyunu adlandırıb:
“Santyaqo Bernabeu”da azarkeşlərimizlə ilk “el klasiko”mu oynayacağım üçün çox xoşbəxtəm. Bu, xüsusi matç, dünyanın ən vacib oyunudur. Hər iki komanda qələbə qazanmaq istəyir, lakin biz əlimizdən gələni etməyə çalışacağıq. Yaxşı komandaya qarşı böyük mübarizə olacaq. Qalib gəlmək üçün hər şeyi etməli və öz keyfiyyətlərimizi göstərməliyik. Biz “Real”ıq və heç bir oyunu uduzmaq istəmirik”.
“El klasiko” oktyabrın 16-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin