
İlk dəfə: Yunanıstan çempionatının oyununu türk hakim idarə edəcək
Yunanıstan Super Liqasının oyununu tarixdə ilk dəfə türkiyəli hakim idarə edəcək.
Komanda.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Məlumatda bildirilib ki, FİFA referisi Halil Umut Meler aprelin 27-də keçiriləcək Super Liqanın final mərhələsinin AEK – “Olimpiakos” matçının baş hakimi olacaq. Oyun saat 21:00-da başlayacaq.
Yunanıstan Super Liqasına əcnəbi hakimlər, o cümlədən azərbaycanlı FİFA referisi Əliyar Ağayev tez-tez təyinat alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin