İlk dəfə! – Azərbaycanlı hakim ÇL-in qrup mərhələsi matçına təyinat aldı

Azərbaycanın FİFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin 6-cı tur oyununu idarə edəcək.

Noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button