
İlk: Cüdo hakimi dünya çempionatında Azərbaycanı təmsil edəcək
Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.
Bu barədə Komanda.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Dünya çempionatı 13-20 iyun aralığında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



