
İlk 1/4 finalçı PSJ oldu – “Lill” üzərində darmadağınla
Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Liqa 1-in son qalibi PSJ doğma meydanda çempionatın lideri “Lill” ilə qarşılaşıb.
Rəqibini darmadağınla məğlub edən Paris təmsilçisi ilk 1/4 finalçı olub.
Qeyd edək ki, 1/8 finalın qalan görüşləri aprelin 6, 7 və 8-də keçiriləcək.
Fransa kuboku, 1/8 final
17 mart
PSJ – Lill 3:0
Qol: İkardi, 9. Mbappe, 41-pen; 90+3.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin