İlin yaxşı məşqçisi məlum olub
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Globe Soccer” mükafatına layiq görülüb.
Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.
Qvardioladan başqa, bu il mükafata namizədlər arasında Karlo Ançelotti (“Real”), Mikel Arteta (“Arsenal”), Simone İnzaqi (“İnter”), Marsel Koller (“Əl-Əhli”), Lionel Skaloni (Argentina millisi), Luçano Spalletti (İtaliya millisi), Xavi (“Barselona”) var idi.
Bu mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. 2022-ci ildə bu mükafatı Karlo Ançelotti qazanıb.
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəbərlik edir. O, karyerası ərzində “Barselona” və “Bayern”də da işləyib. Mütəxəssis FİFA tərəfindən də 2023-cü ilin ən yaxşı məşqçisi seçilib və “The Best” mükafatına layiq görülüb.
Bizi Facebook-da izləyin