İlin sonuna kimi oynamayacaq – Baş məşqçi açıqladı

“Nyukasl”ın baş məşqçisi Eddi Hou bildirib ki, komandanın hücumçusu Aleksandr İsak 2022-ci ilin sonuna qədər meydana qayıtmayacaq.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan baş məşqçi, İsakın DÇ-2022-dən əvvəl geri qayıtmasının mümkünsüz olduğunu deyib:

“Düşünürəm ki, İsakı dünya çempionatı başlamazdan əvvəl görməyəcəyik. Təəssüf ki, ombasından çox ciddi zədəsi var. Onun üçün bu, asan sınaq deyil. Buna baxmayaraq, İsak hələ gəncdir, onun böyük gələcəyi var. Biz ona kömək etməliyik və əmin olmaq istəyirik ki, o, qayıdanda onunla hər şey yaxşı olacaq”.

İsak 2022-ci ilin avqustunda “Real Sosyedad”dan “Nyukasl”a keçib. 23 yaşlı isveçli futbolçu İngiltərə klubunda 3 matçda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button