İlin son toplanışı üçün Türkiyəyə getdilər
Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi ilin son təlim-məşq toplanışı üçün Türkiyənin Yalova şəhərinə yollanıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışda 10 tennisçi iştirak edəcək.
Bunlar Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Toğrul Məhəmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Arzu Aslanovadır. Milli komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bu gün start veriləcək hazırlıq prosesi dekabrın 23-də yekunlaşacaq. Toplanış çərçivəsində yerli idmançılarla yoxlama görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan millisi 27 aprel-7 may tarixlərində də Yalova şəhərində təlim-məşq toplanışı keçib.
Bizi Facebook-da izləyin