İlin ən yaxşı qapıçısı da bəlli oldu
FİFA-nın 2019-cu ilin ən yaxşılarını mükafatlandırma mərasimi davam edir.
Komanda.az xəbər verir ki, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında baş tutan tədbirdə ilin qapıçısı açıqlanıb.
Bu mükafata Allison Bekker (Braziliya, “Liverpul”) layiq görülüb. O, digər namizədlər Ederson (Braziliya, “Mançester Siti”) və Andre Ter-Şteqeni (Almaniya, “Barselona”) arxada qoyub.
Mərasimdə həmçinin bir sıra digər mükafatlar da sahiblərini tapıb.
FİFA-nın ən yaxşı azarkeş mükafatı braziliyalı Silviya Qrekkoya verilib. O, görmə qabiliyyətini itirən oğluna oyunların gedişatını bəhs etdiyi üçün bu mükafata layiq görülüb.
Ən yaxşı qadın qapıçı mükafatına Sari van Vinendal yiyələnib. O, 2018-ci ilin yayında “Arsenal”dan “Atletiko”ya keçən Hollandiya yığmasının qapıçısıdı.
Feyr-pley mükafatı isə İngiltərənin “Lids” klubuna və bu komandanın baş məşqçisi Marselo Byelsaya təqdim olunub.
Bizi Facebook-da izləyin