İlin ən yaxşı qapıçısı bilindi
“Aston Villa”nın və Argentina milli komandasının qapıçısı Emiliano Martines ilin ən yaxşı qapıçısına təqdim edilən Lev Yaşin mükafatının qalibi olub.
Komanda.az xəbər verir ki, sıralamada ikinci yeri Unai Simon (“Atletik”), üçüncü yeri isə Andrey Lunin (“Real”) tutub.
Dünyanın ən yaxşı 10 qapıçısının siyahısında həmçinin Mayk Menyan (“Milan”), Dioqo Koşta (“Portu”), Canluici Donnarumma (PSJ), Qreqor Kobel (“Borussiya”, Dortmund), Georgi Mamardaşvili (“Valensiya”), Yan Zommer (“İnter”) və Ronven Uilyams (“Mamelodi Sandauns”) da yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin