
İlin ən yaxşı idmançısı – Messi
PSJ-nin hücumçusu Lionel Messi ilin ən yaxşı idmançısı seçilib.
Komanda.az xəbər verir ki, argentinalı hücumçu “BBC Sports”un versiyasına görə bu ada layiq görülüb.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Messi DÇ-2022-də 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin