
“Arsenal”da ilin ən yaxşı futbolçusu məlum oldu
“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard 2022/23 mövsümü üzrə klubda ilin ən yaxşı futbolçusu seçilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu azarkeşlərin səsverməsində 55 faizlə qalib olub. Bukayo Saka ikinci, Qabriel Martinelli isə üçüncü yerə layiq görülüb.
Odeqard 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında 37 oyuna çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Topçular” ölkə çempionatını 84 xalla ikinci pillədə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin