“Mbappe mərkəz hücumçusu mövqeyində çox əziyyət çəkir” – Sabiq futbolçu
“Atalanta”nın sabiq futbolçusu Yosip İliçiç fransalı hücumçu Kilian Mbappenin “Real”dakı çıxışından danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, o, Mbappenin mərkəz hücumçusu mövqeyində çox əziyyət çəkdiyini bildirib:
“Artıq Mbappenin mövqeyində “Real”da az qala “qızıl top”u qazanan bir oyunçu var. Kilian hücumun mərkəzinə keçməli idi, lakin bura onun yeri deyil. O, daim Vinisius Juniorun oynadığı cinahda hərəkət etmək istəyir. O, mərkəz hücumçusu mövqeyində çox əziyyət çəkir, burada hərəkət etmək üçün daha az yer var”.
Mbappe bu yay azad agent kimi PSJ-dən “kral klubu”na keçib. O, madridlilərlə 5 illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin