“İli belə başa vurmaq istəməzdik”
“Sevilya”nın müdafiəçisi Serxio Ramos komandasının 2023-cü ildəki nəticələrini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2024-cü ildə klubun özünü daha yaxşı təkmilləşdirəcəyinə inandığını deyib:
“İli belə başa vurmaq istəməzdik, amma sona qədər mübarizə apardıq. İndi bir az dincəlmək vaxtıdır. Biz 2024-cü ildə uğur qazanmağa və böyüməyə diqqət yetirməliyik. Təkmilləşdirilməli olan şeylər var və biz bunu birlikdə edəcəyik”.
37 yaşlı müdafiəçi bu mövsüm 15 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
18 turdan sonra “Sevilya” 16 xalla La Liqanın turnir cədvəlində 15-ci yerdədir. Komanda Çempionlar Liqasında B qrupunda sonuncu yerdə qərarlaşıb və avrokuboklardan kənarda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin