İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırdı
Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında yeni sərəncam imzalayıb.
Komanda.az xəbər verir ki, böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.
Yunan-Roma güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 gümüş, 5 bürünc medal, sərbəst güləşçilər isə 1 qızıl, 4 gümüş, 2 bürünc medal qazanıb. Qadın güləşində Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin