
İlham Zəkiyevdən Parisdə bürünc medal
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.
Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin