İlham Zəkiyev Avropa ikincisi oldu
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, Azərbaycan idmançıları buna qədər Avropa çempionatında daha 6 medal qazanmışdılar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin