İlham Əliyev FİFA prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev FİFA-nın rəhbəri Canni İnfantino ilə görüşüb.
Komanda.az xəbər verir ki, əvvəlcə ali futbol qurumunun rəhbəri xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə İnfantinoya təşəkkürünü bildirib. Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olunub, İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirilib.
Görüşdə Azərbaycanla FİFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub.
Azərbaycanda FİFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.
Bizi Facebook-da izləyin