
“Qarabağ”ın rəqibləri fransalı hücumçu üçün yarışacaq
“Leyptsiq”in 22 yaşlı hücumçusu Kastello Lukeba İngiltərə Premyer Liqası klublarının “radar”ına düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard üçün “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Nyukasl” arasında transfer mübarizəsi gedəcək.
Lukeba cari mövsümdə bütün turnirlərdə 7 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib. Onun “Leyptsiq”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərinin (“Liverpul”, “Çelsi”) maraqlandığı futbolçunun dəyəri “transfermarkt” portalına görə 40 milyon avro təşkil edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



