“İkiqat xoşbəxtik” – Şahruddin Məhəmmədəliyev
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Əlbəttə, qalib gəlmək xoşdur. Amma son günlərdə çoxlu şəhid vermişik. Buna görə tam sevinə bilmirik. Bu üzdən görüşə hazırlaşmaq da çətin olduğunu söyləyib: “Çünki bu hadisələr biz çox pis təsir edir. Şəhidlərin anaların, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu matça hazırlaşmaq psixoloji cəhətdən çox çətin idi”.
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə isə oyunun çətin keçdiiyini vurğulayıb: “Belə çətin gündə və bu cür matçda qələbə qazandığımız üçün ikiqat xoşbəxtik. İddiamızı ortaya qoyduq. Gələn oyunlara hazırlaşıb daha yüksək nəticələr əldə etmək üçün çalışacağıq”.
Futbolçu ilk hissənin başlanğıcında oyuna tam köklənə bilmədiklərini etiraf edib: “Buna görə çətinlik çəkdik. Sonrakı dəqiqələrdə isə daha yaxşı çıxış edib qollar vurduq. Bu qələbə Yunanıstan “Olimpiakos”u ilə oyun öncəsi bizə motivasiyadır. 3 xalımız var. Bunu daha da artırıb qrupdan çıxmaq üçün çalışacağıq”.
Bizi Facebook-da izləyin