
“İkinci yarıda üstünlük bizim tərəfimizdə idi” – Berezutski
“Sabah” Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.
Komanda.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik. Sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



