“İkinci oyundur ki, xarakter göstəririk” – Vaqif Cavadov

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda “Sabah”la 3:3 hesablı heç-heçəni şərh edib.

Komanda.az xəbər verir ki, “kimyaçılar”ın çalışdırıcısı matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı oyun oldu. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Amma məncə, 3:3 ədalətli nəticə idi. “Sabah”a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik. Futbolçulara özünəinam gəldi və qol epizodlarından daha yaxşı istifadə edirik. Ona görə də qollar vururuq. Komandama təşəkkürümü bildirirəm. İkinci oyundur ki, xarakter göstəririk və məğlub durumdan çıxa bilirik. Futbolçularıma güvənirəm. Bütün futbolçularıma təşəkkür edirəm. Komandanın istəyi, ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button