İkinci liqada ilin ilk oyunları keçirildi

Bu gün Azərbaycan 2-ci liqasında 2025-ci ilin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, 14-cü turun 1-ci günündə iki matç oynanılıb.

“Qusar” – “Füzuli” oyununda 7 qol qeydə alınıb və meydan sahibləri qalib gəlib. “Şəfa” isə “Dinamo” üzərində qələbə qazanıb. 

Turun qalan oyunları 28 fevral və 1 mart tarixlərində keçiriləcək.

Çempionatda 14-cü turun fevralın 24-də start götürməsi planlaşdırılırdı. Lakin qarlı hava şəraiti səbəbindən qarşılaşmalar təxirə salınmışdı.

27 fevral 

13:00. “Qusar” – “Füzuli” – 5:2

Qollar: Ə.Məmmədli, 8, 26, 49, O.Qurbanlı, 45+1, E.Tağıyev, 59 – S.Aslanxanov, 11, E.Abbaslı, 68

“Kapital Bank Arena” (ehtiyat meydança)

14:00. “Şəfa” – “Dinamo” – 3:0

Qollar: T.Quliyev, 16, Z.Mərdanov, 37, A.Yunanov, 60

“ASK Arena”

28 fevral

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”

14:00. “Göygöl” – “Saatlı-Araz”

1 mart

14:00. “Ağdaş” – “Şimal”

14:00. “Haypers Quba” – “Şəmkir”

14:00. “Şəki Siti” – “Lerik”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button