“İkinci hissədə niyə bu qədər zəif çıxış etdiyimizi mən də anlaya bilmədim” – Sadıqov
“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”un qonağı olub.
Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Bakı komandasının baş məşqçisi Rəşad Sadıqovun oyndan sonra mətbuat konfransı keçirilib. Sadıqov iki fərqli hissənin şahidi olduqlarını bildirib:
“İki fərqli hissənin şahidi olduq. Birinci hissədə üstün tərəf biz idik. İkinci hissə bizim üçün zəif keçdi. Rəqibə oynamağa imkan verdik. Sonda standart vəziyyətdən fərqləndilər. Təbrik edirəm. Ümumi götürsək, bərabər səviyyəli oyun getdi.
Açığı, ikinci hissədə niyə bu qədər zəif çıxış etdiyimizi mən də anlaya bilmədim. Rəqibə niyə bu qədər oynamağa imkan verdiyimizi isti-isti şərh edə bilmərəm. 60-65-ci dəqiqədən sonra rəqib üstünlüyü ələ aldı, sonda da qələbə qazandılar”.
“Zirə” növbəti turda evdə “Sabah”la üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin