“İkinci hissədə gücümüz çatmadı” – Joze Alesio
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçi Joze Alesio Da Silva bu gün Qazaxıstan milli komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:5 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Əvvəlcədən də bura ciddi itkilərlə gəldiyimizi demişdim. Oyunun gedişində bunun fəsadlarını yaşadıq. Birinci hissədən razı qaldım. İntizamlı, taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq. Uşaqlar dediklərimi meydanda tətbiq edə bildilər. Buna görə də fasiləyə hesabda üstün yollandıq. İkinci hissədə gücümüz çatmadı. Əvəzetmələrdən az istifadə etdiyimizə görə, əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular. Bu azmış kimi, 2 oyunçumuz zədələndi. Edurado oyunu davam etdirə bilmədi. Qalo isə zədəli olmasına rəğmən, sona qədər meydanda qaldı, bacardığı qədər kömək etdi. Hər iki futzalçının sabahkı oyunda meydana çıxması sual altındadır. Ramiz Çovdarovun da yüngül zədəsi var. Bu oyun Polşa və Yunanıstanla matça hazırlıq baxımından yaxşı sınaq oldu”.
Bizi Facebook-da izləyin