
“İkinci hissədə əla oynadıq, amma…” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri UEFA Avropa Liqasının 1/4 finalının “Sportinq”lə cavab qarşılaşmasını (1:1) şərh edib.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, o, fasilədən sonra əla oynadıqlarını deyib:
“Yuventus” üçün əla gün oldu. Xüsusilə, ikinci hissəda əla oynadıq, amma performansımızı daha da yaxşılaşdırmalıyıq.
Diqqətimizi son vaxtlar vacib xallar itirdiyimiz İtaliya A Seriyasına yönəltməliyik. İlk dördlükdə yerimizi möhkəmləndirməliyik”.
İki oyunun nəticəsinə əsasən, “qoca sinyora” Lissabon təmsilçisini 2:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.
Yarımfinalda onların rəqibi “Sevilya” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin