“İkinci hissə indiyə qədər gördüyüm ən yaxşısı idi”
UEFA Millətlər Liqasının qrup mərhələsi matçında Portuqaliya millisi Polşanı 5:1 hesabı ilə darmadağın edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu oyun barədə Portuqaliya millisinin ispaniyalı baş məşqçisi Roberto Martines fikirlərini bölüşüb:
“Bu matçı iki hissəyə bölmək olar. İlk hissə pis keçdi, tez-tez konsentrasiyanı itirirdik. Bununla belə, ikinci hissə indiyə qədər gördüyüm ən yaxşısı idi. Evdəki qələbə xüsusi oldu. Hər oyunda qalib gəlib, beş qol vurmaq asan deyil. Amma bu görüşdə rəqibə oynamağa imkan vermədik”.
Portuqaliya yığması 13 xalla Millətlər Liqasının A qrupunda 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin