“İkinci hissənin əvvəlində toparlana bilmədik” – Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“İkinci hissənin ilk 15 dəqiqəsində toparlana bilmədik. Bu da hər şeyi həll etdi. Nəticədə, iki qol buraxdıq. Bundan sonra nəyisə dəyişmək çox çətin oldu.

Hakimlik haqda nəsə deməyimlə nəsə dəyişəcəksə, başqa məsələ. Mənim dediklərimlə heç nə dəyişməyəcəksə, danışmağın mənası da yoxdur. Artıq yoruldum deməkdən ki, Jo Batistanı əlləri ilə tuturlar, imkan vermirlər oynamağa. Amma hakim fitini səsləndirmir”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button