“İkinci hissədən qətiyyən razı qalmadım” – Kurban Berdıyev
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 5-ci turunun açılış matçında evdə “Səbail”i qəbul edib.
Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı bu matçda ilk 15 dəqiqə ərzində bütün üsünlüyü rəqibə verdiklərini bildirib:
“Oyuna pis başladıq, ilk 15 dəqiqə ərzində bütün üstünlüyü onlara verdik. Sonra hissənin sonlarına yaxın vəziyyəti düzəltdik. Birdən də çox qol vura bilərdik. İkinci hissədən qətiyyən razı qalmadım. Bütün mövqelərdə zəif çıxış etdik. Bunları araşdıracağıq.
İstinilən halda, məşqçi üçün nəticə önəmlidir. Verilən tapşırığı yerinə yetirmirsənsə, nəticə uzun müddət davam edə bilməz. Buna görə də, baxımlı oyun da lazımdır. Qələbə qazanmağın yaxşı tərəflərindən biri də azarkeşlərimizin bundan zövq almasıdır.
Fasilə istənilən halda lazımdır. Bunun yaxşı tərəfləri də var. Bundan istifadə edib daha yaxşı hazırlaşacağıq, səhvlərimizi təhlil edəcəyik.
Transferlərlə bağlı bir şey deyə bilmərəm. Belə sualları rəhbərliyə ünvanlamaq lazımdır”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin