“İkinci hissədə oyun anlayışımız səhv idi” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko”ya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
Komanda.az İtaliya məbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, mərhələni keçəcəklərinə inandığını deyib:
“Oyunun çətin keçəcəyini bilirdik. “Atletiko” rəqibi yavaş tempdə, pis oynamağa məcbur edir. İlk hissədə topla sürətli davrandıq, amma ikinci hissədə bu olmadı. Ümumiyyətlə, ikinci hissədə oyun anlayışımız səhv idi. Hər şey bu qədər sadədir.
Bu nəticə bizim üçün xəyal qırıqlığı olacaq, amma bunu öz lehimizə çevirə bilərik. Artıq bunun üçün çalışacağıq. Mükəmməl ikinci oyuna ehtiyacımız var, ancaq inamımız tam olmalıdır”.
Bizi Facebook-da izləyin