“İkinci hissədə daha yaxşı çıxış etdik”

“Mançester Yunayted”in futbolçusu Fred UEFA Avropa Liqasının 1/16 finalının “Barselona” ilə cavab görüşünü (2:1) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fasilədən sonra yaxşı çıxış etdiklərini vurğulayıb:

“İkinci hissədə daha yaxşı çıxış etdik. Sürətli oynadıq və fərqləndik. Fasilə zamanı baş məşqçi ilə paltardəyişmə otağında danışdıq”.

İki oyunun nəticəsinə əsasən, “qırmızı şeytanlar” Kataloniya təmsilçisini 4:3 hesabı ilə məğlub edərək, növbəti mərhələyə adını yazdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button