“İkinci hissədən məmnun deyiləm” – Renduliç
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Oyunu iki hissəyə bölmək lazımdır. Birinci yarıda çox yaxşı oynadıq, hər şey bizim nəzarətimiz altında idi. 2-3 şansımız oldu ki, daha yaxşı istifadə edə bilərdik. Fasilədə futbolçulara dedim ki, 3-cü qolu vurmalıyıq. Fasilədən sonra qol vurmağa o qədər də iddialı görünmürdük. İkinci hissədən məmnun deyiləm. Bura xal götürmək üçün gəlmişdik. Ən önəmlisi də bu idi ki, üç xalı əldə edə bildik.
Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır. Premyer Liqada çıxış edən bütün komandalar təbii meydançada oynamalıdır. Bütün həftə məşqləri təbii örtükdə edirik. 15 gün ərzində burada iki dəfə oynamaq asan deyil.
Xorvatiyada istedadlı, keyfiyyətli futbolçular var. Amma o demək deyil ki, istədiyim hər oyunçu bura gətirə bilərəm”.
Bizi Facebook-da izləyin