İkinci dəfə ən yaxşı futbolçu elan edildi

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zonası üzrə ən yaxşı futbolçunun adı açıqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern”in və Kanada millisinin üzvü Alfonso Deyvis bu ada layiq görülüb.

22 yaşlı futbolçu bu mükafatı ardıcıl ikinci dəfə qazanıb. Öncədən bunu yalnız kosta-rikalı qapıçı Keylor Navas bacarmışdı.

Alfonso Kanada millisinin heyətində DÇ-2022-də çıxış etmişdi.

Deyvis cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button