“Hazırda boş vaxtlarımdan həzz alıram” – Konte

“Yuventus”un sabiq baş məşqçisi Antonio Konte Turin klubuna məşqçi kimi qayıtmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis verilən suala maraqlı şəkildə cavab verib:

“Evlilik həmişə iki tərəfin birliyidir, buna görə də, əlbəttə ki, ikinci dəfə evlənəcəyinizi xəyal edə və ümid edə bilərsiz. Belə bir istəyin qarşılıqlı olması vacibdir. Hazırda boş vaxtlarımdan həzz alıram. Biliyimin həcmini artırmaq üçün hələ də təhsilimi davam etdirirəm”.

Konte 2011-2014-cü illərdə “Yuventus”u çalışdırıb. Bu müddətdə 54 yaşlı çalışdırıcının rəhbərliyi altında “qoca sinyora” 3 dəfə İtaliya çempionu olub, 2 dəfə İtaliya superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button