“İkinci avtoqol inanılmaz idi” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 18-ci turunun “Lester”lə oyunundan sonra (2:1) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, aqressiv çıxış etdiklərini vurğulayıb:

“Əlbəttə, nəticədən məmnunam. Hamımız oyunu izlədik. Bu, bizim ən yaxşı oyunumuz deyildi. Biz bunu dərk edirik. Oyunun əvvəlində qapımızda qol gördük. Bundan sonra “Lester” üstünlük qazandı. Çox toplar itirdik. Buna görə də uzun müddət oyuna hakim ola bilmədik. Sonra qol şanslarımız oldu. Rəqib səhvlərə yol verdi – iki avtoqol vurdular. Xüsusilə də, ikinci avtoqol inanılmaz idi. Düşünürəm ki, həmin epizod oyun ərzində “Lester”in ən şanssız anı idi.

Fasilədən sonra oyunumuzu yaxşılaşdırmağa çalışdıq. Bunu bacardıq. Aqressiv çıxış etdik. Həqiqətən, “Lester” çox yaxşı çıxış etdi. Onlara hörmət edirik.

İkinci hissənin sonlarına doğru çoxlu qol imkanlarımız oldu. Lakin istifadə edə bilmədik. Sona qədər mübarizə aparmaq lazımdır. Biz bunu edə bildik. Mütləq növbəti matçlarda daha yaxşı oynamalıyıq”.

Bu matçdan sonra “Liverpul” 28 xalla 6-cı, “Lester” isə 17 xalla 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button