
Kompani: “Növbəti mərhələyə adladığımız üçün xoşbəxtik”
“Bayern”in baş məşqçisi Vensan Kompani Klublararası dünya çempionatının 1/8 finalında “Flamenqo” üzərində qələbədən (4:2) sonra fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, turnirin 1/4 finalında PSJ ilə baş tutacaq oyundan da danışıb:
“Atmosfer o qədər xüsusi və təsirli idi ki, matçın intensivliyi qrafiklərdən kənar idi. Biz yavaş-yavaş oyuna daxil olduq. Düşünürəm ki, azarkeşlər üçün əla matç oldu. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtik.
Bu oyun üçün bizə nə lazım olduğunu görəcəyik. İndi əsas dincəlməkdir. Enerjimizi bərpa etməliyik. İki yüksək səviyyəli komanda böyük səhnədə bir-biri ilə oynayacaq. Biz buna hazır olacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin